Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 257 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 257 mln. manat kompensasiya ödənilib Kompensasiya ödənişi davam edir
Maliyyə
17 Sentyabr , 2016 14:29
Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 257 mln. manat kompensasiya ödənilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir. Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 257 mln. 178 min manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32 mln. 249 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçiləri 46 mln. 732 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçiləri 16 mln. 852 min manat, “Dekabank” ASC-nin qorunan əmanətçiləri 2 mln. 763 min manat, “Atrabank” ASC-nin qorunan əmanətçiləri 12 mln. 176 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçiləri 1mln. 527 min manat, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçiləri 24 mln. 091 min manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçiləri 925,7 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri isə 119 mln. 863 min manat kompensasiya alıblar.

Son xəbərlər

Orphus sistemi