Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 212 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 212 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
25 Avqust , 2016 15:13
Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 212 mln. manat kompensasiya ödənilib

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir. 

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 212 mln. manatdan çox pul ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20,3 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 34,1 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 9,9 mln. manat, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 2,4 mln. manat, “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 1,2 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 629 min manat, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895,5 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119,5 mln. manat kompensasiya ödənilib.

Son xəbərlər

Orphus sistemi