Azərbaycanda bağlanmış 4 bankın əmanətçiləri 45 mln. manat kompensasiya alıb

Azərbaycanda bağlanmış 4 bankın əmanətçiləri 45 mln. manat kompensasiya alıb Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
18 Avqust , 2016 17:55
Azərbaycanda bağlanmış 4 bankın əmanətçiləri 45 mln. manat kompensasiya alıb

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

"Report" ADİF-ə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 16,9 mln. manat, “Zaminbank”ın əmanətçilərinə 20,7 mln. manat, “Kredobank”ın əmanətçilərinə 5,2 mln. manat, “Dekabank”ın əmanətçilərinə isə 2,2 mln. manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 45 mln. manat ödəniş edilib. Bu, ödənilməli olan məbləğin təxminən 41%-ni təşkil edir.

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi