Azərbaycanda bağlanma təhlükəsi olan daha bir bank kapitalını artırır

Azərbaycanda bağlanma təhlükəsi olan daha bir bank kapitalını artırır ​"Evrobank" nizamnamə kapitalını təxminən 13 dəfə artırır
Maliyyə
16 Yanvar , 2015 17:59
Azərbaycanda bağlanma təhlükəsi olan daha bir bank kapitalını artırır

Evrobank nizamnamə kapitalını artırır

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanın "Evrobank" ASC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 500 manat olan 78 min ədəd səhm buraxılışı dövlət qeydiyyatına alınıb. "Report"un verdiyi xəbərə görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilir. 

Məlumata əsasən, səhmlərin yerləşdirilməsi nəticəsində bankın nizmnamə kapitalı 50 mln. manata çatdırılacaq. Qeyd edək ki, hazırda bankın nizamnamə kapitalı 11 mln. manat, məcmu kapitalı 7,5 mln. manat təşkil edir.

Qeyd edək ki, bir müddət əvvəl bankın Azərbaycan Mərkəzi Bankının (AMB) ölkədəki kommersiya banklarının məcmu kapitalına qarşı irəli sürdüyü minimal tələbin yerinə yetirilməsi üçün mövcud səhmdarları sırasına yeni investor cəlb etmək niyyətini bildirib. Yeni səhmdar rolunda Azərbaycanın iri holdinqlərindən biri çıxış edəcək və həmin səhmdara bankın nizamnamə kapitalında 50%-dən artıq iştirak payı (nəzarət səhm paketi) təklif olunub. Artıq bununla bağlı AMB də məlumatlandırılıb.

Hazırda "Evrobank"ın səhmdarı qismində 12 fiziki şəxs çıxış edir. Yeni səhmdarın gəlişi ilə indiki səhmdarların 6-sı öz payından imtina edəcək.

Qeyd edək ki, AMB-nin tələbinə əsasən, ölkədəki bütün kommersiya bankları 2015-ci il yanvarın 1-dək məcmu kapitalını ən azı 50 mln. manata çatdırmalı idi.

Son xəbərlər

Orphus sistemi