Azərbaycanda avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı 2% artıb

Azərbaycanda avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı 2% artıb Son bir ildə sığorta müqavilələrinin sayında 5% artım müşahidə edilib
Maliyyə
1 Sentyabr , 2016 13:36
Azərbaycanda avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı 2% artıb

ı. 1 sentyabr. REPORT.AZ/ Cari ilin avqust ayı ərzində Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 93 355 müqavilə qeydiyyata alınıb.

"Report"un Büroya istinadən verdiyi xəbərə görə, bunların 14 062-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Hesabat ayında standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,4 mln. manat təşkil edib.

Ötən ilin avqust ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 4,7%, sığorta haqlarının məbləğində isə 2,6% artım müşahidə edilib.

Avqustda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği əvvəlki ayla müqayisədə 1,7% artaraq 79,2 manat təşkil edib.

Ötən ay avtomobillərin icbari sığortası üzrə sığorta şirkətləri tərəfindən 1 986 sığorta tələbi qeydiyyata alınıb. Bu tələblər üzrə 2,5 mln. manata yaxın məbləğində sığorta ödənişi həyata keçirilib. İllik müqayisədə sığorta ödənişlərinin məbləğində 33% artım qeydə alınıb.

Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olub:

Nəqliyyat vasitəsinə
dəyən zərər üzrə
Əmlaka
dəyən zərər üzrə
Sağlamlığa
dəyən zərər üzrə
Şəxsin ölümü Cəmi
Say Məbləğ (manat) Say Məbləğ (manat) Say Məbləğ (manat) Say Məbləğ (manat) Say Məbləğ (manat)
1876 2 292 146 38 48 470 54 63 000 18 90 000 1 986 2 493 616

Qeyd edək ki, 2016-cı ilin avqust ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 222 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi