Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası artıb

Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası artıb Ötən il ərzində 965 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub
Maliyyə
5 Yanvar , 2016 14:48
Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası artıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2015-ci il ərzində 965 022 müqavilə qeydiyyata alınıb.

"Report"un Büroya istinadən verdiyi xəbərə görə, bunun 167 596-sı xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 76,4 mln. manat olub. Nəticədə, 2014-cü il ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 3,6%, sığorta haqlarının məbləğində isə 8% artım müşahidə edilib.

Xatırladaq ki, 2014-cü ildə AVSMMİS üzrə orta sığorta haqqı 76 manat, 2015-ci ildə isə orta sığorta haqqı 79 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi