Azərbaycan əhalisi kredit faizlərinə 748 mln. manat xərcləyib

Azərbaycan əhalisi kredit faizlərinə 748 mln. manat xərcləyib Azərbaycanda adambaşına gəlirin artımı inflyasiyanı 0,8 faiz bəndi üstələyib
Maliyyə
16 Sentyabr , 2015 13:39
Azərbaycan əhalisi kredit faizlərinə 748 mln. manat xərcləyib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9% artaraq 26,7 mlrd. manata çatıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi 4,6% artaraq ölkənin istehlak bazarında qiymətlərin bahalaşmasını (inflyasiya) 0,8 faiz bəndi üstələyib.

Bu dövr ərzində gəlirlərin 75,0%-i son istehlak xərclərinə, 9,5%-i vergi, sığorta və üzvlük haqları, 2,8%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 12,7%-i isə yığıma yönəldilib. Əhalinin sərəncamında qalan gəlirlər 24,1 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövründəkindən 5,7% çox olub.

Son xəbərlər

Orphus sistemi