Azərbaycanda ​ötən il 6 266 hüquqi şəxs yaradılıb

Azərbaycanda ​ötən il 6 266 hüquqi şəxs yaradılıb Bundan başqa, ölkənin vergi orqanlarında 71 minə yaxın fiziki şəxs qeydiyyatdan keçib
Maliyyə
18 Yanvar , 2016 16:08
Azərbaycanda ​ötən il 6 266 hüquqi şəxs yaradılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə 6 266 hüquqi şəxs (o cümlədən, nümayəndəlik və filiallar) yaradılıb. “Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, yeni hüquqi şəxslərin 53,8%-i Bakıda, 11,9%-i Aran, 10,8%-i Lənkəran, 8,1%-i Abşeron, 5,4%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanı isə digər bölgələrdə qeydiyyatdan keçib.

Bundan əlavə, ötən il ölkənin vergi orqanlarında 70 974 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakı, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi