​Azərbaycana xarici sərmayə qoyuluşu 17% artıb

​Azərbaycana xarici sərmayə qoyuluşu 17% artıb Xarici sərmayələrin 92%-i Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiya sərmayədarlarına məxsus olub
Maliyyə
21 Yanvar , 2015 17:38
​Azərbaycana xarici sərmayə qoyuluşu 17% artıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü ildə xarici mənbələrdən əsas kapitala əvvəlki illə müqayisədə 17,12% və 713,2 mln. manat çox vəsait yatırılıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən il xarici mənbələrdən ölkə iqtisadiyyatına 4,880 mlrd. manat həcmində sərmayə qoyulub ki, bu da məcmu sərmayələrin 27,71%-ni təşkil edir.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 4,484 mlrd. manatı və ya 91,9%-i Böyük Britaniya (32,4%), Norveç (18,5%), Türkiyə (8,6%), ABŞ (7,8%), Fransa (6,7%), İran (6,1%), Rusiya (6,1%) və Yaponiya (5,7%) sərmayədarlarına məxsus olub.

Xarici sərmayələrin 4,5%-i isə Dünya Bankı (2,5%), Asiya İnkişaf Bankı (1,8%) və Avropa Yenidənqurma və İnkişaf Bankına (0,2%) aid olub.

Azərbaycanda 2014-cü ildə bütün maliyyə mənbələrindən əsas kapitala vəsait qoyuluşu 2013-cü illə müqayisədə 1,7% azalaraq 17,6 mlrd. manat təşkil edib. Bunun 72,3%-i və ya 12,735 mlrd. manatı daxili mənbələr hesabına təmin edilib. Beləliklə, daxili mənbələr hesabına vəsait qoyuluşu üzrə 2013-cü illə müqayisədə 7,08% azalma müşahidə olunub.

Sərf edilmiş sərmayələrin 63,9%-i məhsul istehsalı, 36,1%-i xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 48,2%-ni təşkil edib. 

Son xəbərlər

Orphus sistemi