Azərbaycana daxil olan tranzit avtomobilləri ilə 105 sığorta hadisəsi törədilib

Azərbaycana daxil olan tranzit avtomobilləri ilə 105 sığorta hadisəsi törədilib Ödənişlərdə Türkiyə, Rusiya və Gürcüstan avtomobilləri üstünlük təşkil edib
Maliyyə
14 Yanvar , 2016 12:04
Azərbaycana daxil olan tranzit avtomobilləri ilə 105 sığorta hadisəsi törədilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Ötən il ərzində Azərbaycan ərazisinə tranzit məqsədilə daxil olan nəqliyyat vasitələrinin təqsirindən 105 sığorta hadisəsi baş verib. "Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, tranzit məqsədilə daxil olan və sığorta hadisəsi törətmiş nəqliyyat vasitələrinin 61-i yük, 28-i minik, 15-i qoşqu, 1-i isə avtobus kateqoriyasına aid olan nəqliyyat vasitəsi olub. Baş vermiş 105 sığorta hadisəsindən yalnız biri sağlamlığa dəyən zərərlə bağlı qeydiyyata alınıb.

Sığorta tələbləri üzrə ümumilikdə 121,9 min manat sığorta ödənişi həyata keçirilib ki, bunun da 46,6 min manatı Türkiyə, 24,6 min manatı Rusiya və 30,0 min manatı Gürcüstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin payına düşüb.

Son xəbərlər

Orphus sistemi