Bakı. 2 iyun.
Onun sözlərinə görə, "Yaşıl Kart" sistemi Bürolar Şurasının üzvlükdən sonra müəyyən tələbləri var: "5 mln. manat məbləğində olan maliyyə təminatı ya nağd şəkildə "A" sinfinə aid olan banklardan birində depozit kimi yatırılmalı, yaxud da həmin banklardan zəmanət məktubu alınmalıdır".
İcraçı direktor qeyd edib ki, həmin vəsait İSB-nin daxili imkanları hesabina təmin ediləcək. Həmçinin Bürolar Şurasına maliyyə təminatının təqdim olunması ilə yanaşı, təkrar sığorta müqavilələri də tərtib olunmalıdır.
"Bundan başqa, bu sistemə qoşulan 47 ölkə ilə ikitərəfli müqavilələr imzalanmalıdır. Bu müqavilələr formal xarakter daşıyır və ən azı bunun 75%-i ilə ikitərəfli müqavilələr imzalamalıyıq", - E.Quliyev əlavə edib.
O qeyd edib ki, təminatların təqdim olunması ilə bağli rəsmi məktub həftənin sonuna kimi İSB-yə təqdim olunacaq.
"Yaşıl Kart" müqavilələrində tariflər 10 manatdan 1 200 manatadəkdir. Ən aşağı tarif motosiklet, ən yuxarı isə yük maşınları üzrədir. Müqavilələr 1, 3, 6 və 12 aylıq bağlanır. Sığorta şirkətləri həmin sistemdə iştirak üçün 10 min manat ödəməlidir.
İcraçi direktor bildirib ki, İSB artıq Türkiyə, Rusiya və Fransa Yaşıl Kart Bürosundan bu sistemə qoşulma ilə bağlı təbrik məktubları alıb.
Qeyd edək ki, mayın 28-də Sopot şəhərində (Polşa) keçirilən Bürolar Şurasının növbəti Baş Assambleyasında Azərbaycanın “Yaşıl Kart” sisteminə qəbul olunması və 1 yanvar 2016-cı il tarixindən fəaliyyətə başlanması təsdiqlənib.
Bu sistemə əsasən Avropa ölkələri olmaqla 47 ölkə daxildir və Azərbaycanın üzvlüyü ilə iştirakçıların sayı 48-ə çatıb. "Yaşıl Kart" sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Sistemin əsas məqsədi onun üzvü olan istənilən ölkəyə səfər edən xarici avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin onların mənsub olduğu ölkənin milli qanunvericiliyinə uyğun qaydada sığortalanması ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilməsini təmin etməkdən ibarətdir.