​Azərbaycan xarici qiymətli kağızlara investisiyalarını azaldır

​Azərbaycan xarici qiymətli kağızlara investisiyalarını azaldır Təkcə bu il Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyat aktivləri 54% azalıb
Maliyyə
11 İyun , 2015 15:52
​Azərbaycan xarici qiymətli kağızlara investisiyalarını azaldır

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyutada olan rəsmi ehtiyat aktivləri (kassadakı ehtiyatlar nəzərə alınmadan) 5 836,1 mln. ABŞ dolları təşkil edib.

AMB-dən "Report"a verilən məlumata görə, aprel 1-nə olan analoji göstəriciyə nisbətən azalma 458,7 mln. dollar və ya 7,3% təşkil edib. İlin əvvəli ilə müqayisədə isə azalma 6 822,6 mln. dollar və ya 53,9% olub.

Valyuta rəsmi ehtiyat aktivlərinin 65,3%-i və yaxud 3 811,1 mln. dolları qiymətli kağızların payına düşür ki, bu da aylıq müqayisədə 412,3 mln. dollar və ya 9,8%, cari ilin əvvəlindən isə 4 142,8 mln. dollar və ya 52,1% azdır.

"Report"un analitik qrupu qeyd edir ki, ehtiyatlardakı azalma əsasən qiymətli kağızların satışından yaranıb. Bu da AMB-nin xarici dövlətlərin istiqrazlarına investisiyalarını azaltması nəticəsində baş verib.

Son xəbərlər

Orphus sistemi