Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Bakıda səfərdə olan Ukrayna Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
A.Əliyev Azərbaycanla Ukrayna arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.
Azərbaycan və Ukrayna gömrük xidmətləri arasında qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran DGK sədri A.Əliyev bu baxımdan tərəflər arasında əlaqələrin inkişafı və inteqrasiyasının vacibliyini bildirib.
Ukrayna Dövlət Fiskal Xidmətinin sədri R.Nəsirov iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.