​Azərbaycan və Rusiya "Yaşıl Kart" sığorta sisteminin tətbiqi ilə bağlı problemi həll edib

​Azərbaycan və Rusiya "Yaşıl Kart" sığorta sisteminin tətbiqi ilə bağlı problemi həll edib Tərəflər yaxın günlərdə Bakıda müvafiq müqaviləni imzalaya bilər
Maliyyə
23 İyun , 2016 10:27
​Azərbaycan və Rusiya Yaşıl Kart sığorta sisteminin tətbiqi ilə bağlı problemi həll edib

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycanla Rusiya arasında sığorta sahəsində "Yaşıl Kart" sisteminin tətbiqinə dair məsələ artıq həllini tapıb. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev deyib.

Onun sözlərnə görə, ötən həftə Rusiya tərəfi bu məsələyə dair müvafiq müqavilənin bağlanmasına razılıq verib: "Burada məsələ bir qədər siyasiləşdirilmişdir. "Yaşıl Kart"ın bütün Azərbaycan ərazisində tətbiqi ilə bağlı məsələ var idi. İşğal olunmuş ərazilərlə bağlı 6 aydan artıq danışıqlar aparılıb və məsələ artıq öz həllini tapıb. Rusiyanın "Yaşıl Kart" Bürosunun rəhbərliyi hazırda Bakıdadır və bu günlərdə yəgin ki, müqavilə imzalayacağıq".

Son xəbərlər

Orphus sistemi