​Azərbaycan sığorta bazarı I yarımillikdə 18% artıb

​Azərbaycan sığorta bazarı I yarımillikdə 18% artıb Həm könüllü, həm də icbari sığorta növləri üzrə müsbət dinamika müşahidə olunub
Maliyyə
10 Avqust , 2016 09:38
​Azərbaycan sığorta bazarı I yarımillikdə 18% artıb

Bakı. 10 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən 25 sığorta şirkətinin xətti ilə ümumilikdə 285,3 mln. manat sığorta haqqı toplanılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,7% və yaxud 42,95 mln. manat çoxdur.

Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi ödənişlərin məbləği isə 101,4 mln. manat təşkil edib ki, bu da 2015-ciin ilk yarısına nisbətən 10,1% çoxdur.

Hesabat dövründə həm könüllü, həm də icbari sığorta növləri üzrə müsbət dinamika müşahidə olunub. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində könüllü sığorta növləri üzrə haqlar 15,54%, ödənişlər isə 4,93% artaraq müvafiq olaraq 177,1 mln. və 75,1 mln. manat təşkil edib.

Həyat sığortası bazarında yığım 35%, ödəniş isə 1,2 dəfə artıb. Qeyri-həyat sığortası bazarında yığım 7,5% artıb, ödəniş isə 5% azalıb.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 35,5 manat ödəniş həyata keçirilib. Bu göstərici keçən ilin eyni dövründə 38 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi