​Azərbaycan sığorta bazarı 3% artıb

​Azərbaycan sığorta bazarı 3% artıb Ötən il həyata keçirilən sığorta ödənişləri isə 15% artıb
Maliyyə
25 Yanvar , 2016 13:50
​Azərbaycan sığorta bazarı 3% artıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə ümumilikdə 442,9 mln. manat həcmində sığorta haqqı toplanıb. Bu, 2014-cü illə müqayisədə 3,2% çoxdur.

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib.

Ötən il sığorta şirkətlərinin ödənişləri isə 180,2 mln. manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 14,7% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,7 manatı ödəniş edilib. Bu rəqəm 2014-cü ildə 36,6 manat olub.

Son xəbərlər

Orphus sistemi