​Azərbaycan sığorta bazarı 14,3% artıb

​Azərbaycan sığorta bazarı 14,3% artıb İcbari sığorta növlərində yığım isə 89,1mln. manat və ya bazarın 35,7%-ni təşkil edib
Maliyyə
23 İyul , 2015 10:59
​Azərbaycan sığorta bazarı 14,3% artıb

Bakı. 23 iyul. REPORT.AZ/ Bu ilin birinci yarısında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 242,4 mln. manat sığorta haqqı toplanıb. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 14,3% çoxdur. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib.

O bildirib ki, yarım il ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 92,1 mln. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 40,8% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 38 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-iyun aylarında 30,9 manat olub.

Cari ilin birinci yarısında ölkədə toplanmış sığorta haqqlarının 63,3% və ya 153,3 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur.

İcbari sığorta növlərində yığım isə 89,1mln. manat və ya bazarın 35,7%-ni təşkil edib. Yəni ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 26,7% artıb.

Hesabata əsasən ümumi ödənişlərin 77,7% və ya 71,6 mln. manatı könüllü sığorta növlərinin payına düşüb, könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 55,7% artıb.

Son xəbərlər

Orphus sistemi