"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 3 dəfə artıb

"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 3 dəfə artıb Bankın faiz xərcləri 45%, qeyri-faiz gəlirləri isə 128 dəfə artıb
Maliyyə
17 Oktyabr , 2016 17:33
Azərbaycan Sənaye Bankının xalis mənfəəti 3 dəfə artıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" ASC bu ilin yanvar-sentyabr ayları ərzində 5 991,67 min manat xalis mənfəət əldə edib.

Bankdan "Report"a verilən məlumata əsasən, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə artıb.

Faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 15% azalaraq 13 535,03 min manat, qeyri-faiz gəlirləri 128 dəfə artaraq 6 387,67 min manat təşkil edib.

Faiz xərcləri 45% artaraq 6 061,7 min manat, qeyri-faiz xərcləri 0,4% artaraq 6 171,27 min manata çatıb.

Beləliklə, Bankın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 25% artaraq 19 922,7 min manat, xərcləri 18% artaraq 12 232,97 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi