"Azərbaycan Sənaye Bankı"nın mənfəəti 2 dəfədən çox azalıb

"Azərbaycan Sənaye Bankı"nın mənfəəti 2 dəfədən çox azalıb İllik müqayisədə Bankın gəlirləri 20%, xərcləri 7% azalıb
Maliyyə
22 Yanvar , 2016 13:25
Azərbaycan Sənaye Bankının mənfəəti 2 dəfədən çox azalıb

Bakı. 22 yanvar. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" ASC 2015-ci ildə 2,557 mln. manat həcmində xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 2,3 dəfə azalma deməkdir. "Report"un Banka istinadən verdiyi xəbərə görə, vergilər ödənilənədək mənfəət 3,556 mln. manat təşkil edib. Bu da öz növbəsində 2014-cü ilin göstəricisindən 2,1 dəfə azdır.

Bankın gəlirləri illik müqayisədə 20,2% azalaraq 24,9 mln. manata enib. Faiz gəlirləri 19,3% azalaraq 19,1 mln. manat, qeyri-faiz gəlirləri 23,1% azalaraq 5,8 mln. manat təşkil edib. Hesabat ilində Bankın xərcləri 15,1 mln. manatadək - 7,2% azalıb. Faiz xərcləri 14,6% azalaraq 5,9 mln. manat, qeyri-faiz xərcləri 1,66% azalaraq 9,2 mln. manat olub.

Qeyd edək ki, cari il yanvarın 1-nə "Azərbaycan Sənaye Bankı"nın nizamnamə kapitalı 60,0 mln. manat, məcmu kapitalı 77,4 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi