​"Azərbaycan Sənaye Bankı" Mərkəzi Bankdan 10 mln. manat cəlb edib

​"Azərbaycan Sənaye Bankı" Mərkəzi Bankdan 10 mln. manat cəlb edib Bankın aktivləri ötən il ərzində 65% artıb
Maliyyə
25 Yanvar , 2016 14:21
​Azərbaycan Sənaye Bankı Mərkəzi Bankdan 10 mln. manat cəlb edib

Bakı. 25 yanvar. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" ASC-nin aktivləri illik müqayisədə 64,5% artaraq 2015-ci ilin sonuna 690,4 mln. manata çatıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat ilində kredit portfeli 0,89% artaraq 168,8 mln. manat təşkil edib. Kredit portfelinin 4,28%-nin və ya 7,2 mln. manatının ödəniş vaxtı keçib. Hesabat ilində fiziki şəxslərə verilən kreditlər (istehlak kreditləşməsi) 2014-cü illə müqayisədə 43,8% azalaraq 26,6 mln. manatdan 15,0 mln. manata enib.

Cari il yanvarın 1-nə "Azərbaycan Sənaye Bankı"nın nizamnamə kapitalı 60,0 mln. manat, məcmu kapitalı 77,4 mln. manat təşkil edib.

Qeyd edək ki, 2015-ci ilin sonuncu rübündə Azərbaycan Mərkəzi Bankının banka qarşı 10 mln. manat həcmində tələbləri yaranıb. Bundan əvvəl isə Mərkəzi Bankın banka qarşı heç bir tələbi olmayıb. 

Son xəbərlər

Orphus sistemi