"Azərbaycan Sənaye Bankı" kredit kartları üzrə gecikmə faizini artırıb

"Azərbaycan Sənaye Bankı" kredit kartları üzrə gecikmə faizini artırıb "Azərbaycan Sənaye Bankı" ASC tarif siyasətinə yenidən baxıb
Maliyyə
22 Fevral , 2016 14:19
Azərbaycan Sənaye Bankı kredit kartları üzrə gecikmə faizini artırıb

Bakı. 22 fevral. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" ASC tarif siyasətinə yenidən baxıb. Bank kredit kartları üzrə faiz və komissiyalarında dəyişiklik edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kredit kart faizi aylıq 2%-dən 2,25%-ə, gecikmə faizi aylıq 3%-dən 4%-ə qaldırılıb.

Son ödəmə tarixi hesabdan çıxarış tarixi+10 gün, minimum ödəmə məbləği 25%-dir. Bildirək ki, hesabdan çıxarış tarixi hər ayın 10-u və ya 30-dur.

Son xəbərlər

Orphus sistemi