Azərbaycanın “sabit” investisiya səviyyəli beynəlxalq kredit reytinqi bir daha təsdiq olundu

Azərbaycanın “sabit” investisiya səviyyəli beynəlxalq kredit reytinqi bir daha təsdiq olundu “Fiç Reytingz” beynəlxalq kredit agentliyi Azərbaycanla bağlı proqnozu açıqlayıb
Maliyyə
13 Mart , 2015 21:38
Azərbaycanın “sabit” investisiya səviyyəli beynəlxalq kredit reytinqi bir daha təsdiq olundu

Bakı. 13 mart. REPORT.AZ/ 13 mart 2015-ci il tarixində “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlayıb.

Agentliyin hazırladığı hesabatda qeyd olunur ki, dünyada neft qiymətlərinin kəskin enməsinin Azərbaycanın mövcud fiskal və xarici valyuta mövqeyinə neqativ təsirlərinə baxmayaraq, hökumət tərəfindən atılan təsirli addımlar dövlət maliyyəsinə və xarici valyuta ehtiyatları mövqeyinə mümkün riskləri azaldaraq ölkənin möhkəm xarici kreditor kimi yerini qoruyub saxlamasını təmin edəcəkdir.

Beləliklə, agentlik belə qənaətə gəlir ki, çevik fiskal və monetar siyasət xarici valyuta ehtiyatlarının azalmasının əhəmiyyətli dərəcədə qarşısını alacaq.

Qeyd olunanlarla yanaşı, “Fiç Reytingz” maliyyə davamlılığını təmin edəcək əlavə tədbirlərin və ölkə iqtisadiyyatının diversifikasiyası istiqamətində daha təsirli addımların atılmasını ölkənin gələcək reytiqinə müsbət təsir göstərəcək əlavə faktorlar kimi qiymətləndirir.

Aparıcı beynəlxalq kredit reytinq agentliyi tərəfindən Azərbaycan Respublikasına əvvəllər daha münbit iqtisadi şəraitdə verilmiş “BBB-” investisiya səviyyəli “sabit” proqnozlu dərəcənin bir daha təsdiqi ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirməklə yanaşı, ona beynəlxalq maliyyə icması tərəfindən etimadın yüksək olaraq qalmasının əyani sübutudur.

Son xəbərlər

Orphus sistemi