​Azərbaycan qiymətli kağızlar bazarının həcmi 37% artıb

​Azərbaycan qiymətli kağızlar bazarının həcmi 37% artıb Bu, ÜDM-in isə 17%-nə bərabərdir
Maliyyə
4 Noyabr , 2014 14:12
​Azərbaycan qiymətli kağızlar bazarının həcmi 37% artıb
Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan qiymətli kağızlar bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% artaraq 2014-cü ilin yanvar-sentyabr aylarında 7,5 mlrd. manat təşkil edib ki, bu da 2013-cü ilin yekununun 86%-nə, eləcə də ölkə ÜDM-in 17,1%-nə, qeyri-neft ÜDM-in isə 29,5%-nə bərabərdir. “Report”un xəbər verdiyi kimi, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Hesabat dövrü ərzində korporativ qiymətli kağızlar bazarında əqdlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28%, həcmi isə 3,1 dəfə artaraq 3,5 mlrd. manat təşkil edib, korporativ qiymətli kağızlar bazarında ticarətin ortalama gündəlik həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə artaraq 19,6 mln. manata çatıb. Ümumilikdə, 2014-cü ilin 9 ayı ərzində korporativ qiymətli kağızlar sektorunun həcmi 2013-cü ilin yekun həcmini 2 dəfədən çox üstələyib.

Məlumatda deyilir ki, 2014-cü ilin ilk 9 ayı ərzində real sektor təmsilçiləri və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində ticarətin həcminə müsbət təsir göstərib. Bazarın bu seqmenti 2,2 dəfə artaraq 975,4 mln. manata yüksəlib. Belə ki, səhmlərin ilkin bazarının ən aktiv iştirakçıları olan kommersiya banklarına qarşı kapital tələblərinin sərtləşdirilməsi fonunda bankların, eləcə də real sektor təmsilçilərinin səhm bazarı vasitəsi ilə maliyyələşməni aktivləşdirməsi nəticəsində səhmlərin ilkin bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 930,4 mln. manata çatıb. Səhmlərin təkrar bazar ticarəti isə hesabat dövrü ərzində ortalama aylıq 2 dəfə artaraq 44,9 mlrd. manata yüksəlib və bu növ alətlərlə ortalama gündəlik ticarətin həcmi 252,3 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi