Azərbaycan qiymətli kağızlar bazarında fərqli dinamika müşahidə olunur

Azərbaycan qiymətli kağızlar bazarında fərqli dinamika müşahidə olunur Dövlət qiymətli kağızlar və səhm bazarlarında dövriyyə kəskin azalıb
Maliyyə
13 İyul , 2015 11:09
Azərbaycan qiymətli kağızlar bazarında fərqli dinamika müşahidə olunur

Bakı. 13 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə illik 14,8% artaraq 6,787 mlrd. manat təşkil edib.

"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, bu müddətdə dövlət qiymətli kağızlar bazarında kəskin azalma müşahidə olunub. Dövlət qiymətli kağızlar bazarında əqdlərin həcmi illik 27 dəfədən çox azalaraq 472,6 mln. manatdan 17,5 mln. manata düşüb.

Hesabat dövründə pay bazarında əqdlərin həcmi 5,4 dəfə azalaraq 136,8 mln. manat, borc alətləri bazarında 4% artaraq 1,241 mlrd. manat, törəmə maliyyə alətləri bazarında 5,282 mlrd. manat təşkil edib. 

Bazarın seqmentləri Dövriyyə (AZN), yanvar-iyun 2015-ci il Dövriyyə (AZN), yanvar-iyun 2014-cü il
Əqdlərin həcmi, AZN Əqdlərin sayı Əqdlərin həcmi, AZN Əqdlərin sayı
I. Dövlət qiymətli kağızlar bazarı 17 459 725,71 9 472 583 661,22 84
Dövlət istiqrazları (Dİ) 17 459 725,71 9 60 680 893,66 27
Dİ yerləşdirmə 0 0 47 947 792,76 18
Dİ təkrar bazar 17 459 725,71 9 12 733 100,90 9
AMB notları 0 0 411 902 767,56 57
Not yerləşdirmə 0 0 109 089 228,61 35
NOT təkrar 0 0 302 813 538,95 22
II. Pay bazarı 136 802 912,08 2 068 733 610 123,83 2 728
Səhm yerləşdirilməsi 133 686 472,35 101 731 524 208,60 561
Səhm təkrar bazar 3 116 439,73 1 967 2 085 915,23 2 167
III. Borc alətləri bazarı 1 240 700 392,15 420 1 192 512 688,34 193
AİF istiqrazları yerləşdirmə 21 180 671,00 6 40 240 000,00 20
AİF istiqrazları təkrar 1 060 260 363,74 124 309 271 243,44 0
Digər korporativ istiqrazlar* yerləşdirmə 12 984 004,95 45 778 278 580,14 33
Digər korporativ istiqrazlar* təkrar 146 275 352,46 245 64 722 864,76 80
- o cümlədən market-meyker 158 520 382,89 178 74 455 356,71 69
IV. REPO əməliyyatları 110 620 218,64 95 3 512 444 638,53 287
AMB-nin repo əməliyyatları 32 217 600,76 30 1 803 653 833,93 137
Digər repo əməliyyatları 78 402 617,88 65 1 708 790 804,60 150
V. Törəmə maliyyə alətləri bazarı 5 281 831 619,56 33 498 0 0
Valyuta 5 206 201 254,47 29 610 0 0
Əmtəə 75 630 365,09 3 888 0 0
CƏMİ 6 787 414 868,14 36 090 5 911 151 111,92 3 292

Son xəbərlər

Orphus sistemi