Azərbaycan Prezidenti Mərkəzi Bankla bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti Mərkəzi Bankla bağlı sərəncam imzalayıb Bununla bağlı Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib
Maliyyə
1 Dekabr , 2014 19:58
Azərbaycan Prezidenti Mərkəzi Bankla bağlı sərəncam imzalayıb
Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanununda dəyişikliklər edilməsi barədə” 28 oktyabr 2014-cü il tarixli 1098-IVQD nömrəli qanununun tətbiqi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və prezident aktlarının “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat vermək, həmçinin həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi qarşısında isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək öhdəliyi qoyulub.

Son xəbərlər

Orphus sistemi