Azərbaycan parlamenti ötən ilki büdcə icrasının müzakirəsinə başlayıb

Azərbaycan parlamenti ötən ilki büdcə icrasının müzakirəsinə başlayıb Müvafiq qanun layihəsi parlamentin plenar iclasına tövsiyyə olunub
Maliyyə
20 May , 2015 13:18
Azərbaycan parlamenti ötən ilki büdcə icrasının müzakirəsinə başlayıb

Bakı. 20 may. REPORT.AZ/ Bu gün Milli Məclisin İqtisadi siyasət Komitəsinin iclasında Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası məsələsi müzakirə olunub. Müvafiq qanun layihəsini maliyyə nazirinin müavini Azər Bayramov təqdim edib. O bildirib ki, ötən ilin büdcəsinin mədaxil hissəsi 100,1%, xərclər isə 93,3% səviyyəsində icra olunub.

Ötən ilki büdcənin icrası ilə bağlı qanun layihəsində deyilir ki, 2014-cü ilin dövlət büdcəsi 308,4 mln. manat kəsirlə icra olunub, 2015-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 1,7 mlrd. manat təşkil edib.

Layihəyə əsasən, 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan bu qalıq 2015-ci ilin büdcə kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.

Qeyd edək ki, Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində büdcə gəlirlərinin 18 400 565,2 min manat, xərclərin 18 709 000,0 min manat olduğu qeyd edilir. Layihəyə əsasən, ötən il müdafiə xərcləri 1,5 mlrd. manat, təhsil xərcləri 1,554 mlrd. manat təşkil edib.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyyə olunub.

Xatırladaq ki, 2014-cü il dövlət büdcəsinin icrası ilə bağlıqanun layihəsininAzərbaycan parlamentininmayın 29-da keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi