Azərbaycan parlamenti "Kredit büroları haqqında" qanun layihəsini təsdiqləyib

Azərbaycan parlamenti "Kredit büroları haqqında" qanun layihəsini təsdiqləyib Kredit bürolarının yaradılması maliyyə xidmətlərinə çıxışı genişləndirəcək
Maliyyə
28 Oktyabr , 2016 17:15
Azərbaycan parlamenti Kredit büroları haqqında qanun layihəsini təsdiqləyib

Bakı. 28 oktyabr. REPORT.AZ/ “Kredit büroları haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında II və III oxunuşlarda qəbul olunub.

“Report” xəbər verir ki, kredit bürolarının yaradılması maliyyə xidmətlərinə çıxışın genişləndirilməsinə xidmət edir.

Kredit büroları əvvəlki və potensial borcalanların tarixçəsi, ödəmə qabiliyyətinin qiymətləndirilməsinə imkan verən məlumat bazasının toplusudur. Büro kredit almaq istəyənin əvvəlki borcu, ödəmə qabiliyyəti ilə bağlı məlumatları özündə əks etdirəcək.

Qanun layihəsində qeyd olunur ki, kredit bürosu sorğunu aldığı gündən kredit hesabatını 3 iş günündən gec olmayaraq təqdim etməlidir. Kredit bürosunda xidmət haqqı büro ilə şirkət arasında bağlanan müqaqvilə əsasında tənzimlənəcək.

Son xəbərlər

Orphus sistemi