​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları kəskin azalıb

​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları kəskin azalıb Son 7 ayda AMB-nin rəsmi valyuta ehtiyatlarında 28% azalma qeydə alınıb
Maliyyə
9 Mart , 2015 12:04
​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları kəskin azalıb

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 2015-ci il martın 1-nə 11 004,4 mln. ABŞ dolları təşkil edib.

AMB-dən "Report"a verilən məlumata görə, fevral ayı ərzində bu göstərici 13%, bu ilin əvvəlindən isə 20% və ya 2 750 mln. dollar azalıb.

Keçən ilin eyni dövrü ilə müqayisədə rəsmi valyuta ehtiyatlarının həcmində azalma 24% olub.

Qeyd edək ki, azalma tendensiyası dünya bazarında neftin qiymətinin düşməyə başladığı 2014-cü ilin iyul ayında başlayıb. İyulun sonunda maksimal həddinə - 15 193,4 mln. dollara çatan AMB-nin valyuta ehtiyatlarının həcmi son 7 ayda 27,6% azalıb.

Son xəbərlər

Orphus sistemi