​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları daha 3% azalıb

​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları daha 3% azalıb Rəsmi valyuta ehtiyatları 2016-cı il avqsutun 1-nə 4,163 mlrd. dollar təşkil edib
Maliyyə
1 Avqust , 2016 17:29
​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları daha 3% azalıb

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il avqsutun 1-nə 4 162,9 mln. ABŞ dolları təşkil edib. 

"Report" AMB-yə istinadən xəbər verir ki, rəsmi valyuta ehtiyatlarının həcmi iyulun 1-nə olan göstərici ilə müqayisədə 121 mln. dollar və ya 2,82% azalıb.

Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 853,8 mln. dollar və ya 17,02% təşkil edib. Keçən ilin analoji dövrünə nisbətən isə ehtiyatlar 4 338,6 mln. dollar və ya 51,03% azalıb.

Son xəbərlər

Orphus sistemi