​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalmaqda davam edir

​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalmaqda davam edir Neqativ dinamika son 6 ay ərzində müşahidə olunur
Maliyyə
4 Fevral , 2015 14:30
​Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalmaqda davam edir

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 2015-cü il fevralın 1-nə 12,681 mlrd. ABŞ dolları təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, ilin əvvəlinə nisbətən valyuta ehtiyatları 7,83% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə ehtiyatların həcmi 10,82% artıb.

Qeyd edək ki, 2014-cü ilin əvvəlindən AMB-nin valyuta ehtiyatlarında müşahidə olunan artım avqust ayında azalma ilə əvəzlənib və bu neqativ dinamika 6 aydır davam edir.

Son xəbərlər

Orphus sistemi