Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb Son bir ildə isə ehtiyatlar 57% azalıb
Maliyyə
4 Aprel , 2016 09:25
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 2016-cı il aprel ayının 1-nə 4 065,8 mln. ABŞ dolları təşkil edib. "Report" xəbər verir ki, rəsmi valyuta ehtiyatları martın 1-nə olan göstərici ilə müqayisədə 39,5 mln. dollar və ya 1% artıb. 

Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 950 ,9 mln. dollar və ya 19% təşkil edib. Keçən ilin analoji dövrünə nisbətən isə rəsmi valyuta ehtiyatları 5 406,3 mln. dollar və ya 57,1% azalıb.

Son xəbərlər

Orphus sistemi