​Azərbaycan Mərkəzi Bankının nağd valyuta ehtiyatları artıb

​Azərbaycan Mərkəzi Bankının nağd valyuta ehtiyatları artıb Bu, son bir ildə müşahidə olunan ilk artımdır
Maliyyə
8 İyul , 2015 17:10
​Azərbaycan Mərkəzi Bankının nağd valyuta ehtiyatları artıb

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) kassasındakı nağd xarici valyuta ehtiyatları nəzərə alınmadan rəsmi ehtiyat aktivləri bu ilin may ayı ərzində 847,1 mln. dollar və ya 14,5% artaraq 6 683,2 mln. dollar təşkil edib. Bu barədə "Report"a AMB-dən məlumat verilib.

Artım əsasən valyuta və depozitlər bəndində qeydə alınıb. Qeyd edək ki, rəsmi ehtiyat aktivlərinin maksimal səviyyəsi 2014-cü ilin iyun ayında olub və 15 027,3 mln. dollar təşkil edib. O zamandan etibarən azalan göstərici ancaq bu ilin mayında artım göstərib.

Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə rəsmi ehtiyat aktivləri 5 975,5 mln. dollar və ya 47,2% azalıb.

Son xəbərlər

Orphus sistemi