​Azərbaycan Mərkəzi Bankının kommersiya banklarına tələbi 9% artıb

​Azərbaycan Mərkəzi Bankının kommersiya banklarına tələbi 9% artıb Kommersiya bankları xarici öhdəliklərini azaldıb
Maliyyə
11 İyun , 2015 11:34
​Azərbaycan Mərkəzi Bankının kommersiya banklarına tələbi 9% artıb

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına qarşı olan tələbi 2015-ci il mayın 1-nə 2 266,4 mln. manat təşkil edib. Bu, aprelin 1-i ilə müqayisədə 177 mln. manat və ya 8,5% çoxdur. Cari ilin əvvəli ilə müqayisədə isə bu göstərici üzrə artım 784,1 mln. manat və ya 52,9% olub.

Bu barədə "Report"a AMB-dən məlumat verilib.

Qeyd edək ki, kommersiya banklarının xalis xarici aktivləri bu ilin aprelin 1-i ilə müqayisədə 669,2 mln. manat və ya 23,6% artaraq 2 169,1 mln. manat təşkil edib. Yəni, banklar xarici öhdəliklərini azaldıb.

Son xəbərlər

Orphus sistemi