Bakıda "China UnionPay" beynəlxalq kart təşkilatının prezidenti ilə görüş keçirilib

Bakıda "China UnionPay" beynəlxalq kart təşkilatının prezidenti ilə görüş keçirilib Azərbaycan Mərkəzi Bankı “China UnionPay”lə əməkdaşlığı möhkəmləndirir
Maliyyə
15 İyul , 2015 18:47
Bakıda China UnionPay beynəlxalq kart təşkilatının prezidenti ilə görüş keçirilib

Bakı. 15 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Alim Quliyev Bakıda səfərdə olan “China UnionPay” beynəlxalq kart təşkilatının prezidenti Şi Ven Çaonun (Shi Wen Chao) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, görüşdə AMB tərəfindən nağdsız ödənişlərin inkişafı və əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr, ödəniş kartları bazarında yaradılmış infrastruktur barədə məlumat verilib.

Öz növbəsində “China UnionPay” beynəlxalq kart təşkilatının prezidenti Ş.V.Çao təşkilatın ödəniş kartlarının dünyanın 50-dən artıq ölkəsində emissiyasının, 150-dən çox ölkəsində isə ekvayrenqinin həyata keçirildiyini bildirib. Eyni zamanda, “China UnionPay” beynəlxalq kart təşkilatının son illər bir çox ölkələrin ödəniş kartları bazarında sürətli inkişaf tempindən danışaraq Azərbaycanda mümkün fəaliyyət istiqamətləri və tətbiq olunan yeni məhsullar haqqında məlumat verib.

Görüş zamanı, həmçinin “China UnionPay” beynəlxalq kart təşkilatının ölkənin ödəniş kartları bazarının gələcək inkişafında rolu və Mərkəzi Bank tərəfindən həyata keçirilən kart ödənişləri üzrə milli şəbəkə layihəsində iştirak istiqamətləri müzakirə olunub.

Qarşılıqlı müzakirələr əsasında keçirilən görüşdə birgə fəaliyyətin koordinasiya olunması və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün hər iki təşkilat tərəfindən aidiyyəti nümayəndələr müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi