​Azərbaycan Mərkəzi Bankı valyuta intervensiyasını bərpa edir

​Azərbaycan Mərkəzi Bankı valyuta intervensiyasını bərpa edir Proqnoz: Dolların rəsmi məzənnəsi 1,60 AZN/USD-yə qədər arta bilər
Maliyyə
5 Aprel , 2016 12:45
​Azərbaycan Mərkəzi Bankı valyuta intervensiyasını bərpa edir

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) sabah, aprelin 6-da keçirəcəyi valyuta hərracında yenidən satıcı qismində çıxış edəcəyi gözlənilir. "Report" xəbər verir ki, AMB ilk dəfə dünən, aprelin 4-dəki hərracda alıcı tərəf olub və kommersiya banklarından ümumilikdə 0,4 mln. ABŞ dolları alıb. Bu, manatın son günlər kəskin möhkəmlənməsi fonunda baş verib. AMB-dən verilən açıqlamada manatın məzənnəsində kəskin hərəkətlərin qarşısını almaq üçün valyuta siyasətində dəyişiklik edilməsi zərurəti yaranıb. Qeyd edək ki, bu qərardan sonra manatın möhkəmlənməsi prosesi dayanıb və dolların rəsmi məzənnəsi 0,47% artaraq 1,5165 AZN/USD-yə çatıb.

"Report"un analitik qrupu hesab edir ki, AMB-nin qərarı daha çox hazırkı qlobal iqtisadi konyunktur və neftin qiyməti nəzərə alınmaqla manatın məzənnəsinin görmək istədiyi ən yüksək həddir. AMB-nin valyuta siyasətində dünənki dəyişiklik dollara olan tələbi artırıb və kommersiya banklarında ötən gün səhər saatlarında 1,44 AZN/USD səviyyəsinə qədər ucuzlaşan dollar axşam saatlarında 1,5690 AZN/USD-yə yüksəlib. Hətta bir çox kommersiya bankı nağd valyuta satışını dayandırıb.

"Report"un Bakıda apardığı müşahidələr nəticəsində, bu gün də nağd dolların satış məzənnəsinin yüksələrək maksimal mümkün həddə - 1,5770 AZN/USD-yə çatdığı məlum olub: "Mərkəzi Bankın və ya Neft Fondunun sabahkı hərracda 30-50 mln. dollarlıq valyuta kütləsini satışa çıxaracağı ehtimal edilir. Real tələbin isə təklifi bir neçə dəfə üstələcəyi gözlənilir. Ümumiyyətlə, ayın sonuna qədər dolların rəsmi məzənnəsinin 1,60 AZN/USD səviyyəsinə qədər artması mümkündür. Nəzərə almaq lazımdır ki, son günlərdə dünya bazarında neftin 12%-ə yaxın ucuzlaşması da manatın zəifləməsinə təsir edən  önəmli amillərdən biridir".

Son xəbərlər

Orphus sistemi