Azərbaycan Mərkəzi Bankı leverec əmsalına tələbi azaldıb

Azərbaycan Mərkəzi Bankı leverec əmsalına tələbi azaldıb Bu gündən etibarən leverec əmsalı 5%-ə endirilib
Maliyyə
29 Dekabr , 2015 18:48
Azərbaycan Mərkəzi Bankı leverec əmsalına tələbi azaldıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən kommersiya bankları üçün leverec əmsalını 6%-dən 5%-ə endirib.

"Report" xəbər verir ki, AMB-nin "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na etdiyi müvafiq dəyişikliklər bu gün, dekabrın 29-dan eibarən qüvvəyə minib. 

Dəyişikliklərin bankların hazırkı çətin maliyyə vəziyyətinin normativlərə uyğunlaşdırılması məqsədilə qəbul edildiyi ehtimal olunur. 

Qeyd edək ki, leverec əmsalı bankların I dərəcəli kapitalının balans aktivləri ilə balansdankənar öhdəliklərinə nisbəti kimi ölçülür. Manatın məzənnəsinin azalması ilə bankların balans aktivlərinin yüksəlməsi səbəbindən leverec əmsalı azaldığı üçün AMB belə bir qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi