Azərbaycan Mərkəzi Bankı bu gün bazardan 30 mln. dollar alacaq

Azərbaycan Mərkəzi Bankı bu gün bazardan 30 mln. dollar alacaq Hərracda dolların rəsmi məzənnəsinin ciddi dəyişməyəcəyi proqnozlaşdırılır
Maliyyə
4 Aprel , 2016 10:58
Azərbaycan Mərkəzi Bankı bu gün bazardan 30 mln. dollar alacaq

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, aprelin 4-də müntəzəm keçirdiyi növbəti valyuta hərracında 30 mln. ABŞ dolları həcmində valyuta kütləsi almaq niyyətindədir.

"Report" xəbər verir ki, bu, milli valyutanın devalvasiyaya başladığı son 14 ay ərzində AMB-nin valyuta bazarında ilk manat intervensiyası olacaq.

Qeyd edək ki, bugünkü hərracda AMB-nin kommersiya banklarından ABŞ dolları alaraq son günlərdə sürətlə möhkəmlənən manatın məzənnəsini sabitləşdirmək istədiyi ehtimal edilir. Hərracda AZN/USD məzənnəsinin kəskin dəyişiklik göstərməyəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi