​Azərbaycan Mərkəzi Bankı 40 mln. manat vəsait cəlb edib

​Azərbaycan Mərkəzi Bankı 40 mln. manat vəsait cəlb edib Depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə 9,22%-ə çatıb
Maliyyə
8 Avqust , 2016 14:38
​Azərbaycan Mərkəzi Bankı 40 mln. manat vəsait cəlb edib

Bakı. 8 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib. AMB-dən "Report"a verilən məlumata görə, hərracda 40 mln. manat cəlb edilib.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə 9,22% təşkil edib.

Xatırladaq ki, ötən ayla müqayisədə depozit hərracında faizin yüksəlməsi bu gündən AMB-nin uçot dərəcəsini 2,5% artıraraq 9,5%-ə çatdırması ilə bağlıdır. 

Son xəbərlər

Orphus sistemi