Azərbaycan MDB-nin qiymətli kağızlar bazarının tənzimlənməsi Şurasının iclasında iştirak edir

Azərbaycan MDB-nin qiymətli kağızlar bazarının tənzimlənməsi Şurasının iclasında iştirak edir Azərbaycan növbəti dövr üçün quruma sədrliyi Tacikistana təhvil verəcək
Maliyyə
27 Noyabr , 2015 13:17
Azərbaycan MDB-nin qiymətli kağızlar bazarının tənzimlənməsi Şurasının iclasında iştirak edir

Bakı. 27 noyabr. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradov MDB ölkələri qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə dövlət orqanlarının rəhbərləri Şurasının Tacikistanda keçirilən XIX iclasında iştirak edir.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, iclasda QKDK ilə yanaşı, MDB İcraiyyə Komitəsi və Birlik ölkələri qiymətli kağızlar bazarının tənzimlənməsini həyata keçirən qurumların nümayəndələri təmsil olunub.

Tədbir 2014-cü il və 2015-ci ilin ilk yarısında MDB-yə üzv ölkələrin iqtisadi vəziyyəti və qiymətli kağızlar bazarlarının dinamikası üzrə məruzələrin, həmçinin qiymətli kağızlar bazarları sahəsində qanunvericiliyin müqayisəli təhlili, eləcə də Şuranın işi ilə əlaqəli texniki-təşkilati məsələlərin müzakirəsinə həsr edilib.

MDB ölkələri qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə dövlət orqanlarının rəhbərləri Şurasının nizamnaməsinə uyğun olaraq Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi növbəti dövr üçün quruma sədrliyi Tacikistan Maliyyə Nazirliyinə təhvil verəcək.

Son xəbərlər

Orphus sistemi