Azərbaycan Maliyyə Nazirliyi daha 20 mln. manatlıq istiqraz emissiyası yerləşdirib

Azərbaycan Maliyyə Nazirliyi daha 20 mln. manatlıq istiqraz emissiyası yerləşdirib Hərraclarda iştirak edən investorların ümumi tələbatı isə 38,5 mln. manatdan çox olub
Maliyyə
19 Aprel , 2016 16:49
Azərbaycan Maliyyə Nazirliyi daha 20 mln. manatlıq istiqraz emissiyası yerləşdirib

Bakı. 19 aprel. REPORT.AZ/ Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, 182 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. "Report"un Birjaya istinadən verdiyi xəbərə görə, hərracda 6 investor tərəfindən 10 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 26 464 300 manat təşkil edib.

Sifarişlər 92,1659 (gəlirlik 17,1878%)- 95,9300 (gəlirlik 8,5791%) qiymət intervalında təqdim edilib. İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 93,8967 (gəlirlik 13,1436%), orta ölçülmüş qiymət 94,3208 (gəlirlik 12,1753 %) səviyyəsində müəyyən edilib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 20 aprel (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 mln. manat məbləğində müəyyən edilib. İstiqrazların ödəmə tarixi 18 oktyabr 2016-cı ildir. İstiqrazların tədavül müddəti 182 gündür.

Həmçinin, BFB-da Maliyyə Nazirliyinin AZN nominallı, 364 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Burada da 6 investor 11 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 12 049 700 manat təşkil edib.

Sifarişlər 84,0344 (gəlirlik 19,1035%)-91,3500 (gəlirlik 9,5212%) qiymət intervalında təqdim edilib. İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 87,0100 (gəlirlik 15,0115%), orta ölçülmüş qiymət 89,8585 (gəlirlik 11,3482 %) səviyyəsində müəyyənləşdirilib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 20 aprel (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 mln. manat məbləğində müəyyən edilib. İstiqrazların ödəmə tarixi 18 aprel 2017-cı ildir. İstiqrazların tədavül müddəti 364 gündür.

Son xəbərlər

Orphus sistemi