Azərbaycan Maliyyə Monitorinq Xidməti sanksiyalı şəxslərin siyahısını yeniləyib

Azərbaycan Maliyyə Monitorinq Xidməti sanksiyalı şəxslərin siyahısını yeniləyib Bura ölkədaxili və beynəlxalq siyahılar daxildir
Maliyyə
23 Sentyabr , 2015 18:06
Azərbaycan Maliyyə Monitorinq Xidməti sanksiyalı şəxslərin siyahısını yeniləyib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti BMT-nin Təhlükəsizlik Şurasının “əl-Qaidə” Sanksiya Komitəsinin 21 sentyabr 2015-ci il tarixində qəbul edilmiş qərarına uyğun olaraq sentyabrın 23-də barələrində sanksiya tətbiq olunmalı şəxslərin ümumi siyahısını yeniləyib.

"Report"un verdiyi xəbərə görə, ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (www.fiu.az/aze/umumi-siyahi) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.

Qeyd edirik ki, ümumi siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin siyahısı ölkədaxili və beynəlxalq siyahılardan ibarətdir.

Qeyd edək ki, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər ümumi siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı AMB yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi