"Azərbaycan Kredit Bankı"nın kredit portfelinin 33%-nin vaxtı keçib

"Azərbaycan Kredit Bankı"nın kredit portfelinin 33%-nin vaxtı keçib "Azərbaycan Kredit Bankı"nın depozit portfeli kəskin azalıb
Maliyyə
18 May , 2015 16:11
Azərbaycan Kredit Bankının kredit portfelinin 33%-nin vaxtı keçib

Bakı. 18 may. REPORT.AZ/ "Azərbaycan Kredit Bankı" ASC-nin aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyə yaxın artaraq 2015-ci il aprelin 1-nə 56,5 mln. manata çatıb. Aktivlərin 26,9%-i və ya 15,2 mln. manatı xarici valyutada olub.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, aktivlərin strukturunda nağd vəsaitlər 319,1 min manatı xarici valyutada olmaqla cəmi 578,1 min manat təşkil edib.

Hesabata əsasən, müştərilərə verilən kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 54,1 mln. manata yüksəlib. Müştərilərə verilən kreditlərin 9,4 mln. manatı xarici valyutada olub.

Cari il aprelin 1-nə kredit portfelinin 32,9%-i və ya 17,8 mln. manatının ödəniş vaxtı keçib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə vaxtı keçmiş kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi 72,7% və ya 16,8 mln. manat təşkil edib.

"Azərbaycan Kredit Bankı"nın depozit portfelində isə kəskin azalma müşahidə olunub. Cari il aprelin 1-nə Bankın depozit portfeli ötən ilin müvafiq dövründəki 8,1 mln. manatdan 2,4 mln. manata (azalma 3,4 dəfə) düşüb, depozitlərin 1,4 mln. manatı xarici valyutada yerləşdirilib.

Qeyd edək ki, Bankın nizamnamə kapitalı illik müqayisədə 4,4 dəfə artaraq 2015-ci il aprelin 1-nə 50,2 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi