​"Azərbaycan Kredit Bankı" kapitalını kəskin artırır

​"Azərbaycan Kredit Bankı" kapitalını kəskin artırır Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 50 mln. manatı keçəcək
Maliyyə
20 Yanvar , 2015 13:18
​Azərbaycan Kredit Bankı kapitalını kəskin artırır

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Azərbaycan Kredit Bankı" ASC-nin 38,752 mln. manat həcmində adi adlı sənədsiz səhmlərinin emissiya prospektin dövlət qeydiyyatına alıb.

"Report"un Bakı Fond Birjasına istinadən verdiyi xəbərə görə, emisisya hər bir səhmin nominal dəyəri 224 manat olmaqla 173 min qiymətli kağızdan ibarətdir. Emissiya yerləşdirilməsində anderrayter qismində "Texnika Kapital Menecment" MMC çıxış edəcək.

Bildirək ki, yerləşdirmə nəticəsində Bankın nizamnamə kapitalı 4 dəfədən çox artaraq 50,25 mln. manata çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi