​Azərbaycan korporativ istiqraz bazarı 4 dəfə artıb

​Azərbaycan korporativ istiqraz bazarı 4 dəfə artıb Bu ilin yanvar-sentyabr aylarında 1,9 mlrd. manatlıq korporativ istiqraz yerləşdirilib
Maliyyə
4 Noyabr , 2014 14:37
​Azərbaycan korporativ istiqraz bazarı 4 dəfə artıb
Bakı. 4 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan İpoteka Fondunun (AİF) təminatlı istiqrazlarının təkrar ticarətinin aktivləşməsi müşahidə olunub. “Report”un xəbər verdiyi kimi, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Hesabat dövründə korporativ istiqraz bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə artaraq 2,5 mlrd. manat təşkil edib. Artım korporativ istiqraz bazarının hər iki seqmentində müşahidə olunub. Belə ki, hesabat dövrü ərzində 1,9 mlrd. manatlıq korporativ istiqraz yerləşdirilib, peşəkar iştirakçıların marketmeyker fəaliyyəti fonunda isə 604,4 mln. manatlıq korporativ istiqrazların təkrar ticarəti baş tutub ki, bu da ötən ilin ilk 9 ayı ilə müqayisədə müvafiq olaraq 8,3 dəfə və 31% çoxdur.

Dövr ərzində AİF istiqrazları ilə ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artaraq 534,9 mln. manat təşkil edib. Belə ki, dövr ərzində 40,2 mln. manat həcmində AİF istiqrazları yerləşdirilib, bu alətlərin təkrar bazar ticarəti isə 494,7 mln. manat həcmində olub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 8% və 22% çoxdur.

Son xəbərlər

Orphus sistemi