​Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları azalıb

​Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları azalıb Son bir ildə isə kreditləşmə prosesi 27% artıb
Maliyyə
3 İyun , 2015 15:30
​Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları azalıb

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına bank və qeyri-bank kredit təşkilatları tərəfindən yatırılan məcmu kredit qoyuluşlarının həcmi 2015-ci il may ayının 1-nə 20 004,8 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "Report"a verilən məlumata görə, iqtisadiyyata kredit qoyuluşları son bir ayda 68 mln. manat və ya 0,3% azalıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 4 229,2 mln. manat və ya 26,8% artıb.

Son xəbərlər

Orphus sistemi