AMB-nin sədri əlavə edib ki, hökumət yaxın illərdə, o cümlədən 2015-ci ildə ipotekaya ayrılan vəsaitin həcminin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı addımlar atmağı planlaşdırır.
E.Rüstəmov həmçinin qeyd edib ki, əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün alman ipoteka modeli də nəzərdən keçirilir: "Tikinti-əmanət bankları haqqında qanun layihəsi artıq hazırdır. Bu, olduqca ciddi bir institutdur. Almaniyanın müharibədən sonrakı dağıdılmış mənzil təsərrüfatının bərpasında müstəsna rol oynayıb. Bu bankın aktivləri Almaniyanın ÜDM-in 30%-ni təşkil edir. Burada dövlət çox aktiv rol oynayır. Əhalinin yığımlarını stimullaşdıran bu banka Almaniyanın özündə 8%, başqa dövlətlərdə isə 30%-ə qədər əhalinin yığımına dövlət özü vəsait qoyur. Burada dövlətin xeyiri nədir? Bu, dövlətin iqtisadi canlanma, məşğuliyyət, büdcəyə daxil olan vəsaitlərini artırır. Bu modelin üzərində ciddi düşünürük".
AMB sədri qeyd edib ki, bütövlükdə Azərbaycanda ipoteka sisteminin yenidən qurulması istiqamətində ardıcıl addımlar atılacaq.
Qeyd edək ki, 2015-ci il dövlət büdcəsi layihəsində sosial ipotekanın maliyyələşdirilməsinə ayrılan vəsaitin 25% - 50 mln. manatadək artırılması nəzərdə tutulub.