Azərbaycan icbari sığorta polislərinin elektron satışını ucuzlaşdıracaq

Azərbaycan icbari sığorta polislərinin elektron satışını ucuzlaşdıracaq Bununla bağlı təkliflərin parlamentin payız sessiyasında müzakirəsi mümkündür
Maliyyə
3 İyul , 2015 14:35
Azərbaycan icbari sığorta polislərinin elektron satışını ucuzlaşdıracaq

Bakı. 3 iyul. REPORT.AZ/ Gələcəkdə Azərbaycanda icbari sığorta polislərinin elektron satış qiymətinin müştəri üçün vasitəçi - sığorta şirkəti və agentlər vasitəsilə alınmasından daha ucuz olması təklif edilir.

"Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov Bakıda keçirilən sığorta forumu çərçivəsində bildirib.

"Sığorta polislərini internetdən alanlar üçün daha ucuz etməyi düşünürük. Elektron satış qiymətinin aşağı olması insanları sığorta polislərini elektron formada almağa həvəsləndirəcək. Bu,aviabiletlərin internetdən alışının turşirkətdən alınmasından nisbətən ucuz olması sisteminə bənziyir", - deyə N.Xəlilov qeyd edib.

Onun sözlərinə görə, bu təkliflər həm də sığorta agentlərinin könüllü sığortaya yönəlməsi ilə könüllü sığorta bazarının genişlənməsinə dəstək olmağı nəzərdə tutur.

Xidmət rəisi bildirib ki, təkliflərin parlamentin artıq payız sessiyasında müzakirə olunacağı da mümkündür.

Son xəbərlər

Orphus sistemi