Azərbaycan İpoteka Fondu kənar auditor axtarır

Azərbaycan İpoteka Fondu kənar auditor axtarır İştirak haqqı "Azərbaycan İpoteka Fondu" ASC-nin hesabına köçürülməlidir
Maliyyə
13 Oktyabr , 2016 19:07
Azərbaycan İpoteka Fondu kənar auditor axtarır

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Azərbaycan İpoteka Fondu" ASC-nin 2016-cı il üçün maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə kənar auditorun seçilməsi ilə bağlı təkliflər sorğususu keçirir. 

Fonddan “Report”a daxil olan məlumata görə, satınalmada iştirak haqqı 150 manatdir.

İştirak haqqı "Azərbaycan İpoteka Fondu" ASC-nin hesabına köçürülməlidir.

Satınalma üzrə ilkin sənədlər oktyabrın 26-dək, təklif zərfləri isə noyabrın 7-dək qəbul ediləcək. Məsələ üzrə zərflər noyabrın 8-i saat 15:00-da Cəmiyyətin inzibati binasında açılacaq.

Satınalmanın nəticəsi Nizamnaməyə uyğun olaraq Cəmiyyətin Müşahidə Şurası tərəfindən təsdiq edildikdən sonra satınalmanın qalibi elan ediləcək.

Məsələ ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 134) nömrəli telefona zəng etmək olar.

Son xəbərlər

Orphus sistemi