​Azərbaycan humanitar yardım idxalını kəskin azaldıb

​Azərbaycan humanitar yardım idxalını kəskin azaldıb Ölkədən xaricə yardımın göndərilməsi isə artıb
Maliyyə
25 May , 2015 16:43
​Azərbaycan humanitar yardım idxalını kəskin azaldıb

Bakı. 25 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycana humanitar yük, təmənnasız kömək və texniki yardım idxalı kəskin azalıb. İdxal ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə azalaraq 28,4 mln. dollardan 8,1 mln. dollara düşüb.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə humanitar yardım ixracında isə əksinə artım müşahidə olunub. İxrac illik müqayisədə 6,3 dəfə artaraq 20,2 min dollardan 127,2 min dollara yüksəlib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 22,42% azalaraq 7,7 mlrd. dollar təşkil edib. Bunun da 3,4 mlrd. dolları idxal, 4,3 mlrd. dolları ixrac əməliyyatlarının payına düşüb. Hesabat dövründə idxalın həcmi 24,46% artıb, ixrac isə 40,33% azalıb. 

Son xəbərlər

Orphus sistemi