Azərbaycan hökuməti Neft Fondundan büdcəyə transfertləri azaldır

Azərbaycan hökuməti Neft Fondundan büdcəyə transfertləri azaldır İnflyasiya və məzənnə hədəflərinə xələl gətirməyən səviyyələrdə pul-kredit siyasəti yumşaldılacaq
Maliyyə
14 İyul , 2015 11:34
Azərbaycan hökuməti Neft Fondundan büdcəyə transfertləri azaldır

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanın 2016-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinə başlanılıb. Büdcə layihələri ölkədaxili və xaricdəki makroiqtisadi mühitin və çağırışların təhlili əsasında, ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və hədəfləri rəhbər tutulmaqla hazırlanır. "Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib.

"Bu zaman, büdcə gəlirlərinin proqnozları hazırlanarkən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması və Fondun aktivlərinin mümkün qədər yüksək səviyyədə saxlanılması hədəflənir. Digər tərəfdən, büdcə xərclərinin səmərəliliyini daha da artırmaqla əsas sosial vəzifələrin təmin edilməsinə, regionların tarazlı inkişafının davam etdirilməsinə, dövlətin müdafiə potensialının və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə diqqət yetirilir", - deyə nazir qeyd edib.

Onun szölərinə görə, inflyasiya və məzənnə hədəflərinə xələl gətirməyən səviyyələrdə pul-kredit siyasətinin yumşaldılması və iqtisadiyyatın real sektoruna kredit dəstəyinin artırılması, maliyyə-bank sisteminin dayanıqlığının möhkəmləndirilməsi, ipoteka kreditləşməsinə ölkə əhalisinin çıxışının genişləndirilməsi kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi